Azerbaycan Respublikasının qısa tarixi, coğrafi mövqeyi, serhedleri.

İyul 19, 2007 tarixində, saat 4:29 pm | Azərbaycan, Uncategorized kateqoriyasında dərc edildi | Bir şərh yazın

Qedim Azerbaycan torpağı Ön Asiyada yerleşir ve Qafqaz dağlarının cenub-şerq hisselerinden Urmiya gölünün cenub ve cenub-şerqindeki dağlıq erazilere qeder olan saheleri ehate edir. Onun sahesi 200 min km2 -den artıqdır.geo_political_az.gif   Azerbaycan bütövlükde şimal ve hemçinin şerq yarımküresinde yerleşir. Avropadan Merkezi ve Şerqi Asiya ölkelerine geden bir sıra mühüm beynelxalq ehemiyyetli yollar Azerbaycan erazisinden keçir. Azerbaycan torpağı Böyük Qafqazın cenub-şerq hissesini, Kiçik Qafqazın böyük hissesini, onlar arasında yerleşen Kür-Araz ovalığını, bir qeder cenubdakı Talış, Savalan, Qaradağ, Bozquş silsilelerini, İran yaylasının bir hissesini ehate edir.  Tarix boyu Azerbaycanın serhedleri yadelli qesbkarların müdaxilesine meruz qalmışdır. Qedim zamandan Azerbaycan xalqı öz torpağını romalılardan, ereblerden, monqollardan ve başqa yadelli basqınçılardan qorumağa mecbur olmuşdur. Rusiyanın Şimali Azerbaycanı zebt etmesi ve İranla Rusiya arasındakı Gülüstan (1813-cü il) ve Türkmençay (1828-ci il) müqavileleri Azerbaycanı 2 hisseye böldü. Cenubi Azerbaycan İranın, Şimali Azerbaycan ise Rusiyanın terkibine qatıldı. 1918-ci il may ayının 28-de Şimali Azerbaycan erazisinde Azerbaycan Demokratik Respublikası (ADR) yaradıldı. O zaman onun erazisi 114 min km2-e yaxın, serhedlerinin uzunluğu ise 3500 kmden çox idi. Lakin 1920-ci ilde bolşevik Rusiyası ADR-in erazisini zebt etdikden sonra burada Sovet hakimiyyetini qurdu. 1924-cü ilde Azerbaycan SSR-in qedim Göyce, Zengezur mahalları Ermenistana verildi. Azerbaycanın en füsunkar guşesi olan Qarabağın dağlıq hissesinde ermenilere muxtariyyet verilerek DQMV yaradıldı. Sovet hakimiyyeti illerinde 28 min km2-e qeder erazi Azerbaycan SSR-den alınaraq qonşu respublikalara verilmişdir. 1991-ci il oktyabrın 18-de Azerbaycan SSR erazisinde 71 ilden sonra yeniden Azerbaycan Respublikası berqerar oldu. Hazırda Azerbaycan Respublikasının sahesi 86,6 min km2-dir. Respublikanın erazisi şimaldan cenuba teqriben 400 km., qerbden şerqe ise 500 km. mesafede uzanır, 380 25’- 410 55’ şimal enlikler, 440 50’- 500 51’ şerq uzunluqları arasında yerleşir.  Azerbaycan Respublikası 5 ölke ile hemserheddir. Onun serhedlerinin ümumi uzunluğu 3472 km-dir. Ölkemiz şimalda Rusiya ile (serheddin uzunluğu 391 km.), şimal-qerbde Gürcüstanla (471 km.), qerbde Ermenistanla (1007 km.), cenubda İranla (765 km.), cenub-qerbde Türkiye (13 km.) ve şerqde Xezer denizi ile (825 km.) hemserheddir.  2003-cü il yanvar ayının 1-ne olan melumata göre Azerbaycan Respublikasının ehalisi 8202,5 min nefer olmuşdur.  Respublikamızın paytaxtı Bakı şeheri Abşeron yarımadasında, Xezer denizinin Bakı buxtasının sahilinde yerleşir. 2003-cü il yanvar ayının 1-ne olan melumata göre Bakı şeherinin ehalisi 1828,8 min. nefer teşkil etmişdir.  Cenubi Qafqazın en böyük şeheri olan Bakı iri neqliyyat qovşağı olmaqla beraber, hem de senayenin inkişaf etmiş müxtelif sahelerini özünde cemleşdirmesi ile seciyyelenir. Burada esasen neftqazçıxarma, neft emalı, neft maşınqayırması, tikinti, yeyinti, yüngül senaye saheleri ve sair inkişaf etmişdir.  Şeherde hemçinin çxlu sayda elm, tehsil müessiseleri, teatrlar ve diger mededniyyet, hemşinin turizm obyektleri fealiyyet gösterir.  

Bakı şeheri öz tarixi keçmişi ile de böyük maraq doğurur. Şeherin özünde ve etraf qesebelerde yerleşen, esasen bizim eranın IV-VIII esrlerine aid olan tarixi medeniyyet abideleri turistleri özüne celb eden sahelerdir.

(Bakı şeherinin sxemi)

baku.gif

About these ads

Şərh yaz »

Bu yazıya edilən şəhlər üçün RSS qidalandırıcıları. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

WordPress.com Bloqu. | Pool Mövzusu.
Entriesşərhlər feeds.

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: